Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 724,6 milyon manata yaxın olub.Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13 % artaraq 2,5 milyard manata yaxın təşkil edib.Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,1 % artaraq 133,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,6 % artaraq 100,8 milyon manata çatıb.İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,2 % artaraq 659,4 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,4 % artaraq 468,4 milyon manat olub.
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Xidmətimizdən razı qaldınızsa bizdən danışın!
Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

İcbari Avto
İcbari Əmlak
Səyahət
Əcnəbilər üçün Tibbi sığorta
Rahat Sığorta